Güclü külək gəlir - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 15-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. 
 
Şimal-qərb küləyi gündüz arabir güclənəcək. 
 
ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə  9-11° isti, gündüz 15-18° isti, Bakıda gecə 9-11° isti, gündüz 15-17° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi normadan yüksək 766  mm civə sütunundan 770 mm civə sütununa yüksələcək.
 
Nisbi rütubət 70-80 % olacaq. 
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 7-12° isti, gündüz 15-19° isti, dağlarda gecə 1-6° isti, gündüz 8-13° isti olacağı gözlənilir.

MediaFax

Xəbər haqda fikrini bildir