Gənc müəllimə şagirdi ilə sevgi macərasını “Facebook”da paylaşdı və...

Rusiyanın Peterburq şəhərində 24 yaşlı ingilis dili müəlliməsi "Facebook" sosial şəbəkədəki paylaşımına görə işindən məhrum olub.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, müəllimə şagirdlərdən biri ilə eşq macərası yaşayırmış.

Şagirdin anası deyib ki, oğlunun sevgisindən xəbəri olmayıb.

Onlar öz aralarında hətta əhd-peyman da bağlayıblar.

Sosial şəbəkədə paylaşılan şəkildə müəllimənin barmağında üzük də görünür.

Statusda onların nişanlı olması barədə məlumat da yerləşdirilib.

Məsələnin üstü açılan kimi müəllimə məktəbdən qovulub.

MediaFax

Xəbər haqda fikrini bildir