Fərhad Əhmədovun “Aznar”ı LƏĞV EDİLİR

Oktyabrın 25-də "Aznar" QSC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
 
Şirkətin yaydığı elanda bildirilir ki, iclasın gündəliyinə "Aznar" QSC-nin ləğv edilməsi, ləğvetmə komissiyasının təyin edilməsi və ləğvetmə ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi kimi məsələlər daxildir.
 
"Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar növbədənkənar ümumi yığıncağın çağırılmasına 15 gün qalmış gündəliyə daxil olan məsələlər üzrə müvafiq materiallarla Teymur Əhmədov adına "Aznar" QSC-nin inzibati binasında tanış olmaq hüququna malikdirlər", - deyə məlumatda vurğulanıb.
 
Qeyd edək ki, şirkətin təsisçi və majoritar səhmdarı milyarder Fərhad Əhmədovdur. Həmçinin F. Əhmədov 2012 ildən "Aznar" Direktorlar Şurasının sədridir./APA/

MediaFax

Xəbər haqda fikrini bildir