Əməkdar artist Rusiyada münsifləri heyran etdi - VİDEO

Rusiyanın Moskva şəhərində "Böyük opera" adlı layihəyə start verilib.
 
Layihəyə müxtəlif ölkələrdən yüzlərlə vokal ifaçısı qatılıb. Onlardan yalnız 10 nəfəri yarışmada iştirak etməyə haqq qazanıb.
 
10 nəfərdən biri də əməkdar artist İlham Nəzərov olub. İfaçı bu haqda musavat.com saytına açıqlamasında məlumat verib. O, bildirib ki, müsabiqəyə məmnuniyyətlə qatılıb:

"Fərqli layihədir. İştirakçılar ifalarını səhnə dekorasiyası, geyimlərlə, obrazlarla göstərirlər. Təklifi eşidən kimi qəbul etdim. Çünki çətin və maraqlı layihədir. İlk yayım 28 oktyabrda efirə getdi. Hər həftənin şənbə günü Rusiyanın "Mədəniyyət” telekanalında yayımlanır. Bu həftədən isə bir nəfər oyunu tərk edəcək. İlk azərbaycanlıyam ki, müsabiqədə "Bayatı şiraz” muğamı ifa etdim. Bu münsiflərin istəyi idi. Münsiflər ifamı çox bəyəndilər. Mən də müsabiqədə layiqli yer tutmaq üçün əlimdən gələni edirəm”.
 


MediaFax

Xəbər haqda fikrini bildir