Əhəd Abıyevdən işdən çıxarılması xəbərinə SƏRT REAKSİYA

Əhəd Abıyev işdən çıxarılması xəbərinə sərt reaksiya verib.

Ötən gün sosial şəbəkələrdə və bəzi saytlarda Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin işdən çıxarılması ilə bağlı xəbər yayılıb.

Politika.Az xəbər portalının əməkdaşı məsələ ilə bağlı İcra başçısı Əhəd Abıyevlə əlaqə saxlayıb.

İcra başçısı haqqında yayılan məlumatları şər-böhtan adlandıraraq bildirib: "Mən hazırda işimin başındayam, işdən çıxarılmağım ilə bağlı sərəncam olsaydı yəqinki adminstrasiya rəsmi məlumatı yayardı. Mənə göstəriş verilmişdir ki, haqqımda həmən məlumatı yayan saytları məhkəməyə verim. Çünki həmən saytlar mövqeyimi öyrənmədən birtərəfli qaydada əsassız məlumat yaymışdır”.

MediaFax

Xəbər haqda fikrini bildir