Əbülfəz Məlikovdan Avropa Məhkəməsinə ŞİKAYƏT

Ölkə mediasında zaman-zaman adı ciddi iqtisadi, siyası qalmaqallarda hallanan, qanunsuzluqları ilə ölkə gündəmini dəyişən "Trans Broker” MMC-nin fəaliyyəti yenidən gündəmdə. Belə ki, Azərbaycanda yüzlərlə sahibkarı aldadan, istədiyi qaydalarla işləməyə məcbur edən, müqavilələri belə dəyişdirmək məcburiyyətində qoyan, gücü çatmayanda mallarını oğurlatdıran, məhv edən "Broker MMC” demək olar ki, fəaliyyət istiqamətini dəyişib. Daha doğrusu, dəyişməyə məcbur olub.

Xatırlayırsızsa, bir neçə ay əvvəl ölkə başçısı İlham Əliyev sahibkarlara qarşı edilən haqsızlıqlara göz yummayacağını bir daha bəyan etdi. Prezident qəti olaraq tapşırdı ki, qeyri-neft sektorunun inkişafı üçün ğömrükdə qaydalara ciddi əməl olunmalı, sahibkarlar incidilməməlidir. Təbii ki, bu son və qəti tapşırıq idi.

Bundan sonra Dövlət Gömrük Komitəsinin rəhbəri Aydın Əliyev gömrükdə qanuni qaydaların tətbiq edilməsinə və baş verən neqativlərin aradan qaldırılmasına ciddi tapşırıq verdi.

Bu arada mətbuatda yayılan məlumata görə, "Broker” MMC-nin qanunsuz fəaliyyətinə qismən son qoyuldu. Daha sonra bildirildi ki, ciddi tapşırıqlardan təşvişə düşən "Broker” MMC-nin əsl sahibi (?) ilə idarəedici Əbülfəz Məlikov bərk narahatçılıq keçirib. Nəticədə sahib Bakıda qaldı, Əbülfəz Məlikov isə ölkəni tərk edib ABŞ-a yollandı. Məlumata görə, milyonları olan Ə.Məlikov Bakıda bu işləri Anar adlı öz yaxın qohumuna həvalə edib. Kimdir Anar adlı şəxs? O, Əbülfəz Məlikova hansı istiqamətdə dəstək verir? Bəs Anara Əbülfəz Məlikovun ortada qalması üçün kimlər dəstək verir?

Sən demə bu məlumatlar sadəcə izi azdırmaq üçün bir blef imiş. "Broker” MMC-nin fəaliyyəti dayanmayıb, sadəcə sakitlik yaranmasını gözləyiblər.

Bu günlərdə Bizimxeber.az-a daxil olan məlumata görə, Əbülfəz Məlikov və onun brokerləri yeni sistemlə işə başlayıblar. Bu dəfə fərqli formada. Mənbə bildirir ki, Broker MMC-nin fəaliyyəti kiçik MMC-lər halına salınıb və əlavə olaraq 10-dan artıq broker şirkətlər yaradılıb. Hər birinin ayrı hesabları olan bu şirkətlərin qazandıqları sonda yen Broker MMC-nin rəhbərinə çatır. Bu hesablar bir əldə cəmlənir və sonda Məlikovun qarşısına qoyulur.

Daha bir məlumata görə, hazırda Broker MMC-nin sahibkarlar tərəfindən məhkəməyə verilməsi prosessi davam edir. 10-dan artıq şirkət Broker MMC-ni məhkəməyə verərək haqqını tələb edir.

Bizimxeber.az-a daxil olan məlumata görə, Astara gömrüyündə ağır tonnajlı maşınla birlikdə malı yoxa çıxan şirkətlərdən biri Broker MMC-ni məhkəməyə verib.
 
Məhkəmə qərar verib ki, maşınla birlikdə yoxa çıxan yük tapılsın və sahibinə qaytarılsın. Amma hələ də icra olunmur.

Daha bir məlumata görə, onlarla sahibkar "Broker” MMC-ni Avropa Məhkəməsinə verməyə hazırlaşır. Amma ABŞ-da yaşayan Əbülfəz Məlikov isə qətiyyən narahat deyil.

Elə isə ortaya maraqlı bir sual çıxır. Əbülfəz Məlikov yuxarıda sadalanan cinayətləri necə tək edə bilib? Bu işdə ona kimlər dəstək verib? Qanunsuz yolla milyonları tək qazanmaq və tək yemək doğrudanmı mümkündür?

Məlumat üçün bildirək ki, Əbülfəz Məlikovun sabiq MTN rəhbəri Eldar Mahmudovun göstərişi ilə dəfələrlə həbs olunması barədə məlumatlar var. Bildirilir ki, hər dəfəsində canını həbsdən qurtaran Məlikov Eldar Mahmudovla müəyyən məsələlərdə razılaşıbmış.

Daha doğrusu, hazırda məhkəməsi gedən Akif Çovdarov Məlikovun köməkliyi ilə ölkəyə gömrük rusumundan keçməyən taxta-şalban gətirilməsinə nail olurmuş.

MediaFax

Xəbər haqda fikrini bildir