Döyüşlərdə 211, qeyri-döyüş şəraitində isə 256 hərbçi həlak olub

Ukrayna ordusunun 2016-cı ildə terror əleyhinə əməliyyat aparılan ərazidəki qeyri-döyüş itkisi 256 nəfər olub.

Ukrayna mediası bildirir ki, bu, "Ukrayna həqiqətləri” qəzetinin jurnalisti Aleksey Bratuşakanın Müdafiə Nazirliyinə sorğusuna verilən cavab nəticəsində ortaya çıxıb.

"Bu gün Müdafiə Nazirliyindən sorğuma cavab aldım. Döyüşlərdə 211 hərbçi həlak olub. Qeyri-döyüş şəraitində isə itki 256 nəfərdir, bu, şok edicidir: 63 nəfər intihar edib, 58 nəfər xəstəliklərdən dünyasını dəyişib”, - jurnalist özünün Facebook səhifəsində qeyd edib.

Nazirliyin məlumatına görə, 39 hərbçinin ölüünə səbəb silahla ehtiyatsız davranış olub. 30 hərbçi öldürülüb, 29 nəfər bədbəxt hadisələr nəticəsində həyatını itirib.
Bundan əlavə, 18 nəfər yol qəzalarında həlak olub, 10 hərbçi spirtli içkidən, narkotikdən və digər məhsullardan zəhərələnərək ölüb, 5-nin ölümünə başqa olay səbəb olub, 4 nəfər təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəbindən həyatını itirib./modern.az/

MediaFax

Xəbər haqda fikrini bildir