Doğuş zamanı komaya düşən qadının vəziyyəti ağırdır

Masazır sakini Aytac Tapdıqova ağır vəziyyətdə Abşeron rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

34 həftəlik hamilə olan qadın Abşeron rayon Mərkəzi Xəstəxanasına gətiriləndə bətnindəki döl ölmüş olub. Bu barədə AzNews.az -a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, Aytac Tapdıqovanın hamiləliyi əkiz uşaq olmayıb:

"Masazır qəsəbə sakini 22 yaşlı Aytac Tapdıqova xəstəxanaya gətirilərkən 34 həftəlik hamilə olub. O, xəstəxanaya güclü qanaxma ilə daxil olub. Xəstənin müayinəsi nəticəsində məlum olub ki, ananın bətnindəki döl ölüb. Hazırda koma vəqiyyətində olan Aytac Tapdıqovanın vəziyyəti ağırdır, o, süni ventilyasiya aparatındadır”.

MediaFax

Xəbər haqda fikrini bildir