Dollar Azərbaycanda da bahalaşacaq? - Ekspert danışır

Türkiyədə ABŞ dollarının məzənnəsi bu gün tarixi rekordunu yeniləyib.

Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrdə dolların məzənnəsinin yüksəlməsi ilin sonuna qədər Azərbaycanda dolların yenidən bahalaşması təşvişini artırıb.

İqtisadçı-ekspert Vüqar Bayramlı AzNews.az-a bildirib ki, dekabr ayında dollara tələbatın artacağı əvvəlcədən proqnozlaşdırılıb. Lakin ölkəmizdə manatın məzənnəsi Mərkəzi Bank tərəfindən tənzimləndiyindən dolların gələn ay bahalaşacağı barədə proqnoz vermək mümkün deyil:



"Dekabr maliyyə ilinin son ayıdır. Həm dövlət, həm özəl müəssisələrin xarici borc öhdəlikləri, idxalın artması dollara tələbatı artıracaq. Amma bunun manatın məzənnəsinə necə təsir göstərəcəyi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Əgər Mərkəzi Bank artan tələbi qarşılayarsa, məzənnəni qoruyub saxlaya bilər. Amma mövcud balans daxilində tələbi qarşılamaq və bazarın bunu qarşılamağına çalışırsa, o zaman bu, məzənnəyə təsir göstərəcək".

Qeyd edək ki, Türkiyədə dolların məzənnəsi son iki ayda 17%, Gürcüstanda 11%, Rusiyada isə 5% yüksəlib. Ekspertlər Türkiyə və Rusiyada dolların bahalaşmasını ABŞ-la münasibətlərin gərginləşməsi ilə izah edirlər. Gürcüstanda isə bahalaşmanın müvəqqəti və əsasən ölkəyə daxil olan valyutanın həcmindən asılı olduğu deyilir.

MediaFax

Xəbər haqda fikrini bildir