Daha bir azərbaycanlı biznesmen öldürüldü - UKRAYNADA

Ukraynanın Luqansk vilayətində fermer fəaliyyəti ilə məşğul olan azərbaycanlı biznesmen Səməndər Quliyev öldürülüb.

Onun meyiti yerli sakinlər tərəfindən vilayətin Popasnyanskiy rayonunun Ustinovka kəndi yaxınlığında, avtomobilində aşkarlanıb. Onun boynunda boğulma izləri olduğu bildirilib.

Azərbaycanlı biznesmen Popasnyanskiydə dəfn olunub.

Əslən Kürdəmir rayonundan olan 1969-cu il təvəllüdlü Quliyev Səməndər Qulu oğlu uzun illərdir Luqanskda yaşayırmış və rayon ərazisində xeyli torpaq sahəsinə, heyvandarlıq təsərrüfatına sahib imiş.

Xatırladaq ki, Luqansk vilayətinin Popasnyanskiy rayonu Ukraynanın nəzarətindəndir və döyüş bölgəsindən kənardır./report.az/

MediaFax

Xəbər haqda fikrini bildir