4%-lik marja ləğv olunur - Yenilənib

14:17  
 
Azərbaycanda bütün bankların rəhbərlərinin fövqəladə iclası çağırılıb.

Bununla bağlı ötən gün Mərkəzi Bankın sədri Elman Rüstəmovun imzası ilə banklara məktub daxil olub. Toplantıda müzakirə olunacaq məsələlərlə bağlı hələ ki, ictimaiyyətə məlumat verilmir.

Ancaq iclasda ölkə başçısının Nazirlər Kabinetinin iclasında banklarla bağlı səsləndirdiyi tənqidi fikirlərin, dolların alış qiymətinin aşağı salınması, Dövlət Neft Fondu tərəfindən Mərkəzi Banka ilk dəfə ediləcək transfert və.s kimi aktual məsələlərin müzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, toplantı yaxın saatlarda başlayacaq./qafqazinfo.az/
 
======
17:19 
 
Bu gün Azərbaycan Mərkəzi Bankında bank rəhbərləri ilə görüş keçirilib.
 
AMB rəhbərliyi tam üzən məzənnə rejiminə keçidə hazır olduğunu bankların diqqətinə çatdırıb: "Xırda detallar həllini tapdıqdan sonra tam üzən məzənnə rejiminə keçid tam baş tutacaq".
 
Bankirlər isə bildiriblər ki, tam üzən məzənnə rejiminə keçid baş tutduqdan sonra valyuta hərracının formatı dəyişəcək. O da bildirilir ki, banklar valyuta mübadilə əməliyyatlarının aparılması zamanı müəyyən olunmuş faiz dəhlizi, yəni marja (hazırda -/+4%) ləğv olunacaq. Nəticədə banklar tələb və təklifi nəzərə alaraq valyuta alqı-satqısı zamanı məzənnəni özləri müəyyənləşdirəcək.
 
Qeyd edək ki, tam üzən məzənnə rejiminə keçidin vaxtı hələlik məlum deyil./APA/

MediaFax

Xəbər haqda fikrini bildir