Bu qadına görə petisiya başlandı - FOTO

ABŞ-da Kaliforniyanın məşhur kriminal qruplarından birinin üzvü olan, yenicə həbs olunan 20 yaşlı Mirella Ponsaya görə petisiya başlanıb.

Rus mətbuatı xəbər verir ki, qadının gözəlliyi internet istifadəçilərini o dərəcədə heyran edib ki, bəziləri hətta girov pul ödəməklə onun azadlığa buraxılmasını istəyib.

Mirella Ponsa bu ilin oktyabrın 23-də Fresno şəhərində avtomobilində silah tapıldığı üçün həbs olunub.

Avtomobildə həmçinin onun uşağı və kriminal qruplaşmanın iki üzvü də olub. Onun azad olunması üçün qoyulan girov pulun məbləği 50 min dollardır.

Qeyd edək ki, qadının aid olduğu Tiny Rascal Gang qruplaşması 1980-ci illərdə yaradılıb və Kambocadan gələnlər burada üstünlük təşkil edir. Mirelladan əvvəl 2014-cü ildə qrupun daha bir yaraşıqlı kişi üzvü Ceremi Miks üçün petisiya elan olunmuş və tez bir zamanda sosial şəbəkələrin qəhrəmanına çevrilmişdi./aznews.az/

MediaFax

Xəbər haqda fikrini bildir