Bağdadda daha bir partlayış: 23 ölü, onlarla yaralı - YENİLƏNİB

11:37
 
İraqın paytaxtı Bağdadda partlayış nəticəsində azı 12 nəfər ölüb, 50 nəfər yaralanıb.
 
Məlumata görə, bomba ilə yüklənmiş avtomobil Bağdadın şərq hissəsində partlayıb.
 
Qeyd edək ki, yanvarın 5-də Bağdadın Bab əl-Muazam rayonunda baş vermiş partlayış nəticəsində 10 nəfər ölüb, 21 nəfər yaralanıb.
 
=====
18:46
 
Bu gün Bağdadda ikinci dəfə partlayış törədilib.
 
"Sky News Arabia” telekanalının verdiyi məlumata görə, paytaxtın Baladiyat rayonunda bazarda terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb.
 
Partlayış nəticəsində 10 nəfər ölüb.
 
Qeyd edək ki, bundan öncə Bağdadın Cəmilə rayonunda bazarda bomba yüklü avtomobilə partlayış törədilib. Partlayış nəticəsində 13 nəfər ölüb, 50 nəfər yaralanıb. Bu partlayışa görə artıq İŞİD terror təşkilatı məsuliyyəti öz üzərinə götürüb. Son partlayışa görə isə hələ ki, məsuliyyəti öz üzərinə götürən yoxdur./APA/

MediaFax

Xəbər haqda fikrini bildir