Bərzani cəbhəsindən ilginc TƏKLİF

Şimali İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzaninin kanalı olan Rüdav TV-nin Vaşinqton təmsilçisi Namo Abdulla hazırda ən doğru seçimin Şimali İraqın Türkiyəyə qatılması olduğunu deyir. Bu halda Türkiyənin supergücə çevriləcəyini deyən Namo Abdulla Ərdoğana da mesaj göndərib.

Namo Abdulla öz fikirlərini tvitter hesabında paylaşıb.

Kərkükü bir gündə itirən Bərzani rəhbərliyi, Haşdi Şabi və İraq ordusunun əsgərləri tərəfindən Ərbilə yönəlik keçirilən döyüş əməliyyatlarında küncə sıxıldı.

Şimali İraq bir çıxış yolu axtardığı zamanda Bərzaninin kanalından maraqlı bir təklif gəldi.

"Ən yaxşı seçim Türkiyəyə bağlanmaqdır”

Türkiyənin şərqini "Kürdüstan” xəritəsinə qatdığına görə Türkiyə peykindən çıxarılan Rüdav TV-nin təmsilçisi Namo Abdulla tvitter hesabında paylaşdığı mesajında Şimali İraqın ən doğru seçim yolunun Türkiyəyə bağlanmasının olduğunu qeyd edib.

Namo Abdullanın mesajı belədir: 

"Əgər Ərdoğan Kürd məsələsini həll etmək mövzusunda ciddidirsə ən yaxşı nəticə Türkiyə ilə müstəqil Kürdüstanın birləşməsidir.

Neft zəngini olan Kürdüstanın Ərdoğanın Türkiyəsini supergüc dövlətə çevirmək imkanı da verir.”

Namo Abdullanın paylaşdığı mesajda daha bir diqqət çəkən məqam olub. O mesajının bir başa Ərdoğanın oxuması üçün paylaşdığı fikirlərinin sonuna Ərdoğanın rəsmi tvitter səhifəsini işarələyib.

"Rüdav” nümayəndəsinin bu mesajına ən böyük dəstək, PKK-nın tvitterdə sponsorluq etdiyi hesablardan gəlib./musavat.com/

MediaFax

Xəbər haqda fikrini bildir