Bakıdakı bu restoran turistləri təəccübləndirdi - Foto

Bakının mərkəzində hər kəsin marağına və təəccübünə səbəb olan restoran açılıb.
 
"Ganja" restoranının adı və üzərindəki şəkil yerli əhali ilə yanaşı turistlərin də diqqətini çəkib. Məlumat üçün bildirək ki, "ganja" ingilis dilindən tərcümədə marixuana deməkdir. İnteryerdəki ilk baxışdan marixuanaya oxşayan şəkil də fikirləri qədim Gəncə şəhərinin adından daha çox sözün tərcüməsinə - narkotik vasitəyə yönəldib. Elə buna görə də məkanda yeməklərlə yanaşı marixuana da təklif edildiyi fikrini yaradıb.
 
Lakin restoranın içərisinə daxil olduqda Nizami Gəncəvinin sitatlarından posterlər yerləşdirildiyi məlum olub. 

Restoranım adının tarixi şəhərimiz olan Gəncənin adından, yoxsa tərcümədə marixuana mənasını verən "ganja" sözündən götürüldüyü məlum deyil. /bakipost.az/

Ancaq onu deyə bilərik ki, marixuana yarpağına bənzəyən şəkil əslində Gəncə şəhərinin rəmzi olan çinarın yarpağının şəklidir.

MediaFax

Xəbər haqda fikrini bildir