Bakıda mitinq - YENİLƏNİB

15:51 
 
Bakıda Milli Şuranın şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi  başlayıb.
 
APA-nın xəbərinə görə, aksiyanın təhlükəsizliyi Bakı polisi tərəfindən təmin olunur.
 
Hazırda mitinq davam edir.
 
Qeyd edək ki, mitinqdə AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli və başqaları çıxış edəcək.
 
Aksiyada təşkilatçıların əvvəlcədən proqnoz verdiyindən çox az adam iştirak edir. 
 
======
17:10 
 
Bakıda Milli Şura şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib.
 
APA-nın xəbərinə görə, aksiyada AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli, həmçinin Gültəkin Hacıbəyli, Rövşən Əhmədov və Nurəddin Məmmədli çıxış ediblər.
 
Aksiya insidentsiz başa çatıb.

MediaFax

Xəbər haqda fikrini bildir