Bakıda metronun qarşısında ölüm - FOTO

40-45 yaşlarında olan kişinin qəfil halı pisləşib

Hadisə şahidlərinin saytımıza verdiyi məlumata görə, hadisə "28 may" metrostansiyasının qarşısında baş verib. Metrostansiyadan çıxan kişinin qəflətən halı pisləşib və yerə yıxılıb. Yaxındakı şəxslər ona yardım etmək üçün yaxınlaşanda isə şəxsiyyəti hələlik məlum olmayan şəxsin öldüyü məlum olub.

Hadisə yerinə polis əməkdaşları çağırılıb./aznews.az/

MediaFax

Xəbər haqda fikrini bildir