Bakı metrosunda həyəcan - Qatar tuneldə qaldı

Bu səhər Bakı metrosunda həyəcanlı anlar yaşanıb.

Metronun "Həzi Aslanov" stansiyasında 11 saylı marşrut üzrə xəttə buraxılan qatarda texniki problem yaranıb. Bu səbəbdən də sərnişinlər 15 dəqiqəyə yaxın tuneldə qalıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev saytımıza açıqlamasında məlumatı təsdiqləyib. O, bu səbəbdən də həmin qatarın xətdən çıxarıldığını deyib: "Həzi Aslanov" stansiyasında qatarların hərəkətində fasilə yaranıb. Təxminən yarım saat müddətində "Həzi Aslanov" stansiyasında hərəkət olmayıb. Hazırda qatarlar arasında hərəkət bərpa olunub"./aznews.az/

MediaFax

Xəbər haqda fikrini bildir