Azərbaycanda yanacaqdoldurma məntəqəsi yandı - Yaralılar var

Lənkəranda yanacaqdoldurma məntəqəsində xəsarət alanların kimliyi məlum olub.
 
Məlumata görə, onlar yanacaqdoldurma məntəqəsinin sahibi Çingiz Allahverdiyev və həmkəndlisi Tərlan Məmmədovdur. Yanıq xəsarəti alan hər iki şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ç. Allahverdiyevin vəziyyətinin ağır olduğu deyilir. Onlar reanimasiya şöbəsindədirlər.
 
Qeyd edək ki, yanacaq dolduran boruda sızma baş verib, bu zaman yanğın olub./APA/

MediaFax

Xəbər haqda fikrini bildir