Azadə Balayevanın “vicdanı” və bizim “vicdansızlığımız”: 40 günün həqiqəti - SAYTIN ŞƏRHİ

Mediafax.Az-ın 40 gün öncə yazdığı xəbər təsdiqini tapdı.
 
Təxminən 40 gün öncə xəbər verdiyimiz kimi, Space TV-nin xəbərlər departamentinin baş redaktorunun müavini Azadə Balayeva telekanaldan ayrılıb.
 
Əlbəttə, istənilən həmkarımızın işini itirməyi xoş deyil. Ancaq həmin həmkar yazdığın obyektiv xəbərə görə səni "vicdansız" adlandırırsa və bir müddət sonra özü "Bir aylıq məzuniyyətin ardından Space TV-də 4 illik fəaliyyətim də başa çatdı. Bu gündən rəsmən işsiz sayılıram və aktiv iş axtarışındayam. Uyğun bildiyiniz iş təkliflərinizə sevinərəm" yazırsa, sizcə kim daha vicdanlıdır? Doğru xəbəri yazan saytmı, yoxsa doğru xəbər yazdığına görə həmkarına qadına yaraşmayan, jurnalist adına yaraşmayan ifadələr yazan Azadə Balayevamı?

Yeri gəlmişkən, bəlkə də bir ay öncə bizə qarşı haqsız davranmayıb, xoşagəlməz ifadələri özünə yaraşdırmasaydı, onunla əməkdaşlıq da edə bilərdik. Əslində, yenə də etməyə hazırıq. Sadəcə, maraqlıdır ki, o özü buna hazırdırmı? Çünki xanım jurnalistin Space TV-dəki karyerasının son dörd ilinin yarısı jurnalistikadan daha çox qalmaqallarla, mübahisələrlə keçib. Yəni, necə deyərlər, görəsən Balayeva jurnalist formasını itirməyib ki?
 
Qeyd edək ki, Mediafax.Az saytı iyulun 22-də A.Balayevanın Space TV-dən ayrılması barədə etibarlı mənbəyə əsaslanaraq eksklüziv xəbər vermişdi. Xanım jurnalist dəqiqləşdirdiyimiz xəbəri hər vəchlə təkzib etməyə çalışmış, saytımızı "reket" adlandıraraq, redaksiya heyətimizi əxlaqsız ifadələrlə təhqir etmişdi. Biz isə bütün bunlara təmkinlə yanaşaraq, təxminən 40 gün gözlədik və nəhayət, Bəlayeva xəbərimizi təsdiqləməyə, işdən çıxdığını etiraf etməyə məcbur oldu.
 
AŞAĞIDAKI KİMİ:

(Azadə Balayevanın işdən çıxması barədə verdiyimiz səhih xəbərin linki)

 
Mediafax.Az-ın dəqiqləşdirilmiş, obyektiv və qərəzsiz xəbərinə Balayevanın reaksiyası:


 
Bir gün sonra: xanım jurnalist hikkəsində israrlıdır


 
Və nəhayət, 40 gün sonra: həqiqətin ortaya çıxması və həmkarımızın acizanə ETİRAFI


 
P.S. Sivil dünyada qəbul olunmuş xəbərçilik prinsiplərini daim diqqət mərkəzində saxlayan Mediafax.Az saytı, fəaliyyətə başladığı 1 il müddətində ölkənin media qurumları arasında öz yerini tutmağı bacarıb. Biz xəbərçiliyin nə olduğunu yaxşı bilir, şou, sensasiya dalınca deyil, xəbər dalınca gedirik. Çünki kollektivimiz peşəkarlardan ibarətdir. Bu baxımdan, saytımızın reputasiyasını şəxsiqərəzçilik kimi aşağı xüsusiyyətlərlə korlamaq niyyətində deyilik. Bizi "reket", "vicdansız" və özlərinə yaraşan bəzi ifadələrlə təhqir edənlər bilsinlər ki, biz onlara öz danışıq tərzilərinə uyğun şəkildə cavab verməyəcək, onların dili ilə danışmayacağıq. Biz yalnız FAKTLARın dili ilə danışırıq. Yuxarıdakı kimi...

MediaFax

Xəbər haqda fikrini bildir