Avtobus təhlükəsizlik kamerasına çırpıldı

Bakıda avtobusun vurduğu təhlükəsiz şəhər kameralarından biri digər avtomobilin üstünə düşüb.

Hadisə Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində baş verib. "İsuzu” markalı, 90 JH 814 dövlət qeydiyyat nişanlı avtobus sürücünün ehtiyatsızlığı səbəbindən təhlükəsiz şəhər xidmətinin dirəyinə çırpılıb. Nəticədə dirəyə quraşdırılmış kamera qoparaq yolun kənarında dayanmış "Mitsubishi Pajero” markalı avtomobilin üstünə düşüb. Maşının ban hissəsinə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır./lent.az/

MediaFax

Xəbər haqda fikrini bildir