Avropa polisinə tapşırıq verildi

Avropalı hüquq-mühafizə orqanları tezliklə ABŞ-da satışa çıxarılacaq iPhone smartfonlarına bənzəyən tapançalarla bağlı xəbərdarlıq yayıb.

Polislərə "tapança-telefonlar”ın Avropa ölkələri ərazisinə qanunsuz olaraq gətirilməsinin qarşısını almaq üçün tapşırıq verilib.

İkilüləli 9 kalibrli, Amerikanın "Ideal Conceal” şirkətinin istehsalı olan tapançanın dəyəri 400 dollardır.

Amerikalı alıcılar isə yaxın həftələrdə silahı əldə edə biləcəklər. Hazırda 12 min tapança istehsal olunub./qafqazinfo.az/

MediaFax

Xəbər haqda fikrini bildir