Arı sancdı - Öldü

Bakıda arı sancan xəstə dünyasını dəyişib.

Bu barədə saytımıza 3 saylı Sabunçu Kliniki Tibbi Mərkəzindən bildirilib.

Mərkəzin reanimasiya şöbəsidən verilən məlumat görə, Cavid İmanlını oktyabrın 25-də arı sancıb:

"Qara, böyük arı Cavidi qolundan sancıb. Bu müddət ərzində xəstənin qolu kürək nahiyəsinə kimi şişsə də, o, yalnız oktyabrın 30-da xəstəxanaya müraciət edib.

Xəstənin qolunda çirk kristallaşmasını görən həkimlər onu əməliyyat ediblər. Əməliyyatdan sonra Cavidin vəziyyəti ağırlaşıb. Reanimasiya şöbəsinə köçürüldükdən sonra isə dünyasını dəyişib”./aznews.az/

MediaFax

Xəbər haqda fikrini bildir