Amerikalıların yarıdan çoxu Trampdan NARAZIDIR

ABŞ  prezidenti Donald Trampın reytinqi rekord səviyyədə minimuma enib.
 
Bu barədə "The Hill” məlumat verib.
 
Hazırda amerikalıların 58 faizi Trampın  fəaliyyətindən narazıdır. Sorğuda iştirak edən respondentlərin 42%-i Trampa qarşı impiçment prosedurunun başlanmasının lehinə səs verib. Bir çoxları Trampın miqrasiya və beynəlxalq münasibətlər üzrə mövqeyini tənqid edir.
 
Bununla belə, sorğuda iştirak edənlərin 50%-i prezidentin iqtisadiyyat  və terrorçuluqla mübarizə sahəsində siyasətini dəstəkləyib.
 
Qeyd edək ki, sentyabrda ABŞ liderinin reytinqinin 2% artdığı bildirilirdi./APA/ 

MediaFax

Xəbər haqda fikrini bildir