Akif Çovdarova HÖKM oxundu

Bu gün həbs edilən MTN generalı Akif Çovdarov və əməkdaşları, polkovnik Səlim  Məmmədov, Akif Əliyev, Orxan Osmanova hökm oxunacaq.

Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun icraatında olan prosesdə hakimlər kollegiyası adıçəkilən şəxslər barədə qərar verəcək. 

Hökmdə onların əmlaklarının müsadirə edilməsi, hərbi rütbələrinin alınıb-alınmamasına da baxılacaq. İstintaq zamanı təqsirləndirilən şəxslərin 33,5 milyon manatlıq mülkləri üzərinə həbs qoyulub.

Hökm saat 14:30-da Sabunçu rayon Məhkəməsinin inzibati binasında elan ediləcək.

Xatırladaq ki, dövlət ittihamçısı çıxış edərək A.Çovdarovun 15 il, S.Məmmədovun 12 il, A.Əliyev və O.Osmanovun hər birinin isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

***

Hökmdə 16 nəfər mənəvi zərərçəkənlərlə bağlı mülki iddia təmin edilməyib.

***

Akif Çovdarov 12 il;

Səlim Məmmədov 11 il;

Akif Əliyev 5 il./qafqazinfo/


MediaFax

Xəbər haqda fikrini bildir