ABŞ-da qasırğa dəhşəti

ABŞ-da güclü qasırğa nəticəsində 1,5 milyon bina elektrik enerjisiz qalıb.

ABŞ-ın Yeni İngiltərə bölgəsində qasırğa küləkləri və leysan yağışları nəticəsində təxminən 1,5 milyon bina elektriksiz qalıb.

Məlumata görə, hələ bir neçə gün elektrik olmaya bilər. Massaçusetsdə onlarla ev və maşın aşmış ağaclardan zədələnib. Bəzi şəhərlərdə məktəblər bağlanıb, dərslər təxirə salınıb, qatarların hərəkəti gecikir.

Massaçusets enerji şirkətlərinin nümayəndələri, xəstəxana və sığınacaq kimi ən əhəmiyyətli obyektlərdə elektrik enerjisi təchizatını bərpa etməyə çalışırlar.

Davam edən külək nəticəsində hələ bir müddət elektrik enerjisinin olmayacağı gözlənilir. Sinoptiklər Yeni İngiltərə bölgəsinin bəzi rayonlarında daşqınlar gözlənildiyini qeyd edirlər. Məlumata görə, yağış və külək nəticəsində ABŞ-ın şimal-şərqində elektriksiz qalan sakinlərin sayı 1 milyonu keçib./aznews.az/

MediaFax

Xəbər haqda fikrini bildir