Baş həkim işdən çıxarıldı

Sumqayıt Psixiatiriya Xəstəxanasının baş həkimi Mail Tağıyev işindən azad edilib.

Dünən Sumqayıt şəhər səhiyyə şöbəsində tibb müəssisələrinin baş həkimlərinin iştirakı ilə iclas keçirilib.

İclas zamanı Sumqayıt Psixiatiriya Xəstəxanasının baş həkimi Mail Tağıyevə töhmət verilib. Bununla razılaşmayan baş həkim işdən azad olunması ilə bağlı ərizə yazıb.

Səhiyyə Nazirliyindən Mail Tağıyev işdən azad olunması xəbərini təsdiq ediblər: "Sumqayıt Psixiatriya Xəstəxanasının baş həkimi Mail Tağıyev yaşı ilə əlaqədar işdən azad edilib”./teleqraf.com/

MediaFax

Xəbər haqda fikrini bildir