Polis bu qadını axtarır - FOTO

Şəkidə qadın itkin düşüb.
 
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, noyabrın 1-də Şəki şəhər sakini Amənti Əlimərdanova Şəki şəhər-rayon Polis Şöbəsinə gəlini, 1995-ci il təvəllüdlü Günəş Əlimərdanovanın itkin düşməsi ilə bağlı ərizə ilə müraciət edib.
 
O, ərizəsində gəlininin oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə yaşadığı evdən çıxaraq naməlum istiqamətdə getdiyini və bir daha geri qayıtmadığını bildirib.
 
Günəş Əlimərdanova Şəki rayonunun Öryət kənd sakinidir. Onu görənlərdən Şəki PŞ-nə ( tel 02424-4-25-50) müraciət etmələri xahiş olunur./APA/
 


MediaFax

Xəbər haqda fikrini bildir