Türkiyədə 8 əsgər şəhid oldu - YENİLƏNİB

11:01 
 
Türkiyənin Hakkari vilayətinin Şəmdinli rayonunda terrorçularla atışma olub.

Atışma nəticəsində 2 türk hərçi və təhlükəsizlik orqanının 2 əməkdaşı həlak olub.

4 PKK terrorçusunun zərərsizləşdirildiyi bildirilir.

Bölgədə Hərbi Hava Qüvvələrinin dəstəyi ilə əməliyyat davam edir./trend.az/
 
=======
11:34
 
Bu gün İraqın şimalından Türkiyəyə keçmək istəyən PKK terrorçuları ilə hərbçilər arasında atışma olub.
 
"Hürriyet” qəzetinin verdiyi məlumata görə, terrorçular Hakkari rayonunun Şəmdinli qəsəbəsinə keçmək istəyiblər.
 
Atışma nəticəsində 8 əsgər şəhid olub, 4 terrorçu məhv edilib.
 
Bölgədə vertolyotların da cəlb edildiyi geniş miqyaslı əməliyyat başlayıb./APA/

MediaFax

Xəbər haqda fikrini bildir