13 yaşlı futbolçu əsas komandaya çağırıldı - FOTO

"Neftçi” PFK "Sumqayıt”la oyunun hazırlığını gündə iki məşqlə davam etdirir.

Dünənki ilk hazırlıq prosesi İsmət Qayıbov adına təlim-məşq bazasının meydanında olub.

Baş məşqçi Tərlan Əhmədov əvəzedici komandanın 18 yaşlı üzvləri – müdafiəçi Rəhman Daşdəmirov və yarımmüdafiəçi Xəyal Tomarov, həmçinin U-14 komandasının müdafiəçisi, 31.08.2004-cü il təvəllüdlü Bulud Həziyevi də bu məşqə cəlb edib.

Qeyd edək ki, "Neftçi” – "Sumqayıt” matçı oktyabrın 29-u saat 18:00-da başlayacaq./qafqazinfo.az/

MediaFax

Xəbər haqda fikrini bildir