“10 yaşlı Nuray xalasına qaytarılıb” - Qubadan açıqlama gəldi

"Quba Rayon Məhkəməsinin qərarına baxmayaraq 10 yaşlı Nuray Bayramzadə hazırda xalasındadır".

Bunu "Report"a açıqlamasında Quba Rayon İcra Hakimiyyətinin (RİH) aparıcı məsləhətçi, RİH-in Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Elşad Əliyev deyib.

O bildirib ki, uşağın 10 yaşı təzəlikcə tamam olub: "Düzdür, hazırda məhkəmə qərarı qüvvədədir. Amma onun 10 yaşı tamam olubsa, qanunvericiliyə uyğun olaraq fikri nəzərə alınır, yəni, yenidən məhkəməyə müraciət etmək mümkündür".

Elşad Əliyev sosial şəbəkələrdə yer alan vidoya da münasibət bildirib: "Məhkəmə qətnaməsi olubsa, onu icra etmək lazım idi. Məhkəmə qətnamə qəbul edib ki, uşaq atasına verilsin. Amma Nurayı xalasından almaq mümkün olmayıb. Sonda yenə də uşağın fikrinə uyğun hərəkət olunub, yəni, o, hazırda xalasının yanındadır".

MediaFax

Xəbər haqda fikrini bildir