“07” ər-arvadı vurdu - Bir ailə məhv oldu

Bərdə rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Ötən gecə Bərdə şəhərinin Bakı prospektində 1986-cı il təvəllüdlü Cəfərov Malik Baloğlan oğlunun idarə etdiyi, 02 BR 258 dövlət nömrə nişanlı, "VAZ 2107” markalı avtomobillə 1967-ci il təvəllüdlü Əliyev Zakir Rasim oğlu və onun həyat yoldaşı, 1970-ci il təvəllüdlü Əliyeva Zülfiyyə Məhəmməd qızı vurulub.
 
Piyadaların ikisi də hadisə yerində ölüb. Sürücü saxlanılıb.
 
Faktla bağlı cinayət işi başlanıb.

MediaFax

Xəbər haqda fikrini bildir